Azərbaycanda oteller

Baki

Bakıda tövsiyə olunan otellər:

Sheraton Hotel 5*

 Otel Heydər Əliyev adına Beynəlxalq Aeroportun ərazisində, Abşeron yarımadasının gözəl çimərliklərindən 10 dəqiqəlik məsafədə, Zərdüştiliyin od məbədi “Atəşgah”dan 15 dəqiqəlik məsafədə və şəhərin mərkəzindən 25 dəqiqəlik məsafədə yerləşmişdir. Bütün 207 otaq kondisionerlə və şəxsi istifadə üçün hər növdən olan texnika ilə təchiz olunmuşdur. Ümumi sahəsi 388 kvadrat metr olan, ən müasir texnika ilə təchiz olunmuş 8 konfrans zalı da daxil olmaqla, otel həm 10 nəfərlik seminarın, həm də 650 nəfərlik toy mərasimlərinin keçirilməsini təqdim edir. Otelin ərazisində olan gözəl “SilkWay” restoranı əfsanəvi “İpək yolu”nun keçdiyi ölkələrin mətbəxindən olan gözəl təamlarının geniş çeşidi ilə sizi heyrətə salacaqdır. Əsas restoran  “Flavours” otelimizin birinci mərtəbəsində yerləşmişdir, sizin xidmətinizə səhər, nahar və şam yeməklərini təqdim edir. Qonaqların xidmətində spa-salon da fəaliyyət göstərir. Servis avtobusunda şəhərin mərkəzinə qədər pulsuz çatdırılma bütün qonaqlara təklif olunur.

Hilton Baku 5*

 Bakı şəhərinin işgüzar və əyləncə mərkəzi olan rayonunun mərkəzində, iri ticarət mərkəzi ilə yanaşı, Biznes-mərkəzdən, Park-Bulvardan, Hökumət evindən bir neçə dəqiqəlik məsafədə və Heydər Əliyev adına Beynəlxalq Aeroportdan 25 km məsafədə yerləşmişdir. Mehmanxana yüksək səviyyəli xidmət, yaxşı istirahət, unikal barların, restoranların və spa-mərkəzlərin müxtəlif növlərini təklif edir. Beşulduzlu otel HiltonBaku-nun ümumi sahəsi 42 160 kvadrat metrdir. Otel 25 mərtəbədən və 308 otaqdan ibarətdir. Otelin sonuncu mərtəbəsində 360 dərəcə fırlanan və Bakının bütün panoramını əhatə edən bar yerləşmişdir. 

Kempinski Hotel Badamdar 5*

 Sahəsi 3500 m2 olan eleqant restoranlar, akvapark və spa-mərkəz bu 5* otelin qonaqlarının xidmətinə verilmişdir.  Otel Köhnə Bakı şəhərindən və Xəzər dənizinin sahilindən 10 dəqiqəlik məsafədə yerləşmişdir. Avtomobil saxlamaq üçün yerlər pulsuzdur.  KempinskiBadamdar otelinin zövqlü nömrələri ənənəvi Azərbaycan tərzində tərtib olunmuşdur, yastı ekranlı müasir televizorlar və taxta döşəmələrlə təchiz olunmuşdur. Oteldə 80 nömrə var. Onlardan hər birində pulsuz Wi-Fi təqdim olunur, eyvandan isə şəhərə gözəl mənzərə açılır. Açıq və bağlı hovuzlar, müasir trenajor zalı və müxtəlif saunalar və buğ hamamları Kempinski otelinin qonaqlarının xidmətinə verilmişdir. Siz masaj prosedurları və hamam sifariş edə bilər, həmçinin boulinq oynaya bilərsiniz. Badamdar restoranında zəngin “isveç stolu” səhər yeməyi və Azərbaycan mətbəxindən yeməklər verilir. GoldenCage restoranında şəhərə panoram mənzərədə zövqlə yeməyi sevənlər üçün təamlar təklif olunur. Waikiki barında və ya  N-Joy kafesində yetmişinci illərin tərzində düzəldilmiş tropik meyvə kokteyllərini sifariş etmək olar.  İrland pabında içkilərin və qəlyanataltıların böyük seçimi təklif olunur. 

Hyatt Regency hotel 5*

 HyattRegency – möhtəşəm 5* oteldir, Bakının mərkəzində yerləşmişdir. Otel 182 komfortabelli nömrə təklif edir, onlardan hər biri yumşaq klassik tərzdə döşənmişdir və bütün müasir tələbləri ödəyir. Oteldə bir neçə restoran və bar var. Açıq hovuzun yanındakı Beluqa barı beynəlxalq mətbəxdən yeməklər və müxtəlif içkilər təklif edir. Qurman Şop-da siz şirniyyatların, tortların, ev şirniyyatlarının, buterbrod və salatların geniş seçimini tapacaqsınız. Britaniya pivə barı çəllək pivəsi və ənənəvi ingilis qəlyanaltıları təklif edir. Oazis kafesinin menyusunda yeni sıxılmış şirələrin, südlü kokteyllərin, sərinləşdirici içkilərin və faydalı qəlyanaltıların geniş seçimi təqdim olunur. Otel Bakıxanov küçəsində, Bakının mərkəzindən 10 dəqiqəlik məsafədə, sərgi mərkəzinin və dövlət müəssisələrinin yanında, aeroportdan yarım saatlıq məsafədə yerləşmişdir. 

Excelsior hotel 5*

 Otel klassik memarlıq ruhunda, müasir dizayn elementləri ilə uyğunlaşdırılaraq inşa edilmişdir. Bu, Bakının unikal şəraiti, müasir texnologiyalarla yaxşılaşdırılmış xarakterik xidməti olan yeni butik-otelidir. Exselsior oteli Bakının işgüzar mərkəzindən rahat məsafədə yerləşmişdir ki, bu da biznes, ticarət və əyləncə mərkəzlərinə yolu asanlaşdırır, Heydər Əliyev adına Beynəlxalq aeroporta isə cəmi 25 dəqiqəlik yol var. Möhtəşəm və eleqant oteldə 61 qonaq otağı və lüks nömrələr var. Bütün otaqlar mərkəzləşdirilmiş kondisioner və fərdi iqlim nəzarəti sistemi ilə təchiz edilmişdir; elektron açarlar, nömrələrdə 24 saat boyunca xidmət, fərdi seyf, ikikanallı, avtomatik cavab verən və yüksəksəsli telefonlar, kompyuter və faksın qoşulması, yüksəksürətli İnternet, minibar, vanna otağında xovlu xalatlar və çəkələklər, hamam ləvazimatları, geyimin təmizlənməsi/ütülənməsi ilə bağlı xidmətlər, camaşırxana, kimyəvi təmizləmə, konseryej xidmətləri, valyuta mübadiləsi, yükə yardım edilməsi və katibə xidmətləri təklif olunur. İri sağlamlıq mərkəzi Aura-da müasir yüksəktexnologiyalı trenajor zalı, böyüklər və uşaqlar üçün açıq və bağlı üzgüçülük hovuzları, açıq tennis kortu, skvoş üçün iki kort, günəş terrası və yay bağı var. Mərkəzdə ayrıca sauna-rumlarvə kişi və qadınlar üçün buğ hamamları, həmçinin, relaksiya və masaj üçün otaqlar var.

Grand Hotel Europe 5*

 Bu beşulduzlu otel şəhərin lap mərkəzindədir, paytaxtın əsas işgüzar və administrativ mərkəzindən 5 dəqiqəlik (4 km) məsafədə yerləşmişdir. Otelin gözəl müasir binası dağın başında yerləşmişdir. Onun rahat nömrələrinin pəncərələrindən birbaşa Xəzər dənizinə və bütün Bakı şəhərinə möhtəşəm mənzərə açılır. Otelin memarlığı və dizaynı qədim dövrün möhtəşəm motivlərini və ciddi müasir tərzi özündə birləşdirir. Otelin 9 mərtəbəsində 96 geniş nömrə var, onlar nəinki ən zəruri olanlarla, həm də bütün müasir texniki şərtlərlə təchiz olunmuşlar. Bütün nömrələrdə fərdi kondisioner sistemi, kabel TV, fen, telefon, seyf, minibar, 24 saatlıq xidmət, kimyəvi təmizləmə və camaşırxana var. Otelin möhtəşəm restoranları artıq çoxdan otelin qonaqlarının rəğbətini qazanmışdır. Biznesmenlərin xidmətində - banketlər və konfranslar keçirmək üçün zallar var. Sağlamlığa faydalı şəkildə istirahət etməyə isə kömək edəcəklər: böyüklər və uşaqlar üçün hovuzlar, müasir ləvazimatlarla təchiz olunmuş sağlamlıq mərkəzi, tam təchiz olunmuş fitnes-mərkəz, sauna, cakuzi, masaj kabinələri.

Qafqaz Point hotel 5*

 Bakının mərkəzindəki otel Hüseyn Cavid parkından 5 dəqiqəlik məsafədə yerləşir. Otel 74 yaxşı təchiz edilmiş otaqdan ibarətdir. Bağlı hovuzla sağlamlıq klubu, 2 restoran və şəhərə gözəl mənzərəsi olan terras qonaqların xidmətinə verilmişdir. Qonaqlara pulsuz avtodayanacaq təklif olunur. Otelin geniş nömrələri klassik tərzdə döşənmişdir, yastı ekranlı televizorlar, çay/qəhvə hazırlamaq üçün şərait və səskeçirməyən pəncərələr var. Pulsuz Wi-Fi təklif olunur. QafqazPoint otelinin spa-mərkəzində gözəllik salonu, müxtəlif saunalar və trenajor zalı var. Burada masajın müxtəlif növlərinindən yararlanmaq olar. Yuxarı mərtəbədə yerləşmiş Panorama restoranında Azərbaycan mətbəxinin seçilmiş yeməkləri və beynəlxalq mətbəxin ənənəvi yeməkləri təklif olunur.

Ramada hotel 5*

 Dənizin sahilində olan bu 5 ulduzlu oteldə fərdi çimərlik, yaxtaların yan alması üçün yer, bir neçə hovuzu olan fitnes-mərkəz vardır. Otelin eleqant nömrələrində Xəzər dənizinə açılan mənzərəsi olan eyvan və ya terraslar var. Nömrələrin sayı 79-dur. Otelin zövqlü nömrələri kondisioner, yast ekranlı televizor və DVD pleyer, mini-bar və isti içkilərin hazırlanması üçün şəraitlə təchiz edilmişdir. Xalatlar, çəkələklər və pulsuz tualet ləvazimatları təqdim olunur. Səhərlər isti və soyuq yeməklərin daxil edildiyi doyumlu səhər yeməyi verilir, gün ərzində isə ənənəvi Azərbaycan yeməklərindən dadmaq olar. Bağda və ya hovuzun yanında içkilərdən zövq almaq olar. Otelin sağlamlıq klubunda trenajor zalı, şezlonqları olan bağlı və açıq hovuz və rus hamamı var. Bakının görməli yerləri olan Şirvanşahlar sarayı, Qız qalası cəmi 10 dəqiqəlik məsafədədir. Oteldə pulsuz avtodayanacaq var.

Lake Palace hotel 5 *

 Gözəl gölə açılan mənzərəsi olan bu otel Bakının mərkəzində yerləşir və qonaqlara memarlığın müasir və klassik uyğunluğunu təklif edir. Otel Fəvvarələr meydanından 3 km məsafədə yerləşir. Qonaqların xidmətinə sauna, masaj kabineti və hovuz verilmişdir. LakePalaceBaku otelində amerikan səhər yeməyi verilir. Azərbaycan və Avropa mətbəxinin ənənəvi yeməklərindən siz zövqlü restoranda dada bilərsiniz, burada həm də canlı musiqi var.  Gölə açılan mənzərəsi olan Launch barında sizə kokteyllərin, qəhvə və desertlərin geniş seçimini təklif edəcəklər. Otelin klassik nömrələri eleqant mebellə döşənmiş, yastı ekranlı televizorla, seyf və mini-barla təchiz olunmuşdur. Eyvanlardan şəhərə gözəl mənzərə açılır. Nömrələrin sayı 29-dur. Trenajor zalında məşğul olandan sonra qonaqlar Palace otelinin cakuzisində rahatlana bilərlər və ya ənənəvi türk hamamına gedə bilərlər. Tarixi Qız qalası və Şirvanşahlar sarayı oteldən 10 dəqiqəlik məsafədə yerləşir.

Şamaxı

Şamaxıda tövsiyə olunan otellər: 

«Sheradil» Hotel

 Otelə gedən yol məşhur Ağsu aşırımından keçir. Kompleks təbiətin qoynunda, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir, buradan dağlıq Şirvana füsunkar mənzərə açılır. Mərkəzin ümumi sahəsi 25 ha-dır. Əsas binanın birinci mərtəbəsində 120 yerlik, ikinci mərtəbəsində 150 yerlik restoran-bar fəaliyyət göstərir. İstirahət mərkəzində VİP otaqlar var. Ərazidəki 16 kotecdən 11-i üçotaqlı, qalanları isə ikiotaqlıdır. Həmçinin, qolf və voleybol meydançaları, tennis kortu var.

«Goy Gurshagi»

 “Göy Qurşağı” istirahət zonası Bakıdan 134 km və Şamaxıdan 14 km məsafədə, heyrətamiz gözəlliyi olan Dədəgünəş meşəsində yerləşir. Təmiz dağ havası udmaq, şəffaf bulaq suyu içmək, quşların nəğməsindən həzz almaq müasir, rahat otel kompleksi olan “Göy Qurşağı”nda komfortabelli şəraitdə olarkən həmişə daha xoş olur.

“Göy Qurşağı” istirahət zonası – bu: 
Əsas üçmərtəbəli binanın 14 otağı və 23 kotec; 
Peyk televiziyası, cakuzi, nömrələrdə 24 saatlıq xidmət; açıq hovuz, idman meydançası;
Restoran, bar, diskoteka.

İsmayıllı

İsmayıllıda tövsiyə olunan otellər:

«Green House»

 “Green House” istirahət mərkəzi Azərbaycanın ən mənzərəli yerlərindən biri olan İsmayıllıda yerləşir. Qızmar yay günlərində siz sərin təbiətin qoynunda, dağ çaylarının şırıltısı altında rahatlıq tapacaq, qüvvənizi bərpa edəcək və unudulmaz istirahət keçirəcəksiniz. Oteldə: restoran, hovuz, əyləncə üçün uşaq meydançası, bilyard, tennis, futbol, voleybol meydançaları, avtomobil dayanacağı.

“Gaya Resort Centre”

 “Gaya Resort Centre” İsmayıllı rayonunun Qaraqaya kəndindən bir kilometr məsafədə yerləşir. Rahat yerləşməsi tam dəyərli istirahətdən zövq almağa imkan verir. Müasir tərzdə tikilmiş otel 4 mərtəbəli binadan və istirahət üçün zəruri olan hər şeylə təchiz olunmuş koteclərdən ibarətdir. Bundan əlavə, qonaqlar otelin əyləncə xidmətlərindən də istifadə edə bilərlər. Həmçinin, ərazidə süni göl də var. 

«Şato Monolit»

 “Şato Monolit” İsmayıllı rayonunda, Hacıhətəmli kəndində yerləşmişdir. Oteldə: restoran, bar, banket zalı, hovuz, fitnes klub, trenajor zalı, sauna var. Həmçinin, ekskursiyalar, atla gəzintilər, balıq ovu, şərabların dequstasiyası təklif olunur. 13 eleqant nömrə və 4 komfortabelli kotec qonaqların xidmətinə təqdim olunur.

 

 

 

Qəbələ

Qəbələdə tövsiyə olunan otellər:

«Green House»

 “Qafqaz Resort Hotel” dağlıq ərazidə, Qəbələ rayonunun kurort zonasında yerləşir. Zümrüd rəngli meşələrlə örtülmüş, hündür şəlalələrin və coşğun dağ çaylarının olduğu dağların yaratdığı möhtəşəm təbiət sizi laqeyd qoymayacaqdır. Bakıya qədər olan məsafə 211 km-dir. Mehmanxananın 6 mərtəbəli binasında 60 nömrə var, onlardan 36-sı standart tipli, 23 lüks və biri xüsusi nömrədir. Binada restoran, kafe və bar fəaliyyət göstərir. Həmçinin, otelin ərazisində iki və üç otaqlı koteclər var. Bundan əlavə, siz burada bütün növ əyləncələr tapa bilərsiniz: peyntbol, atla gəzintilər, safari, alpinizm, Qəbələyə ekskursiya.  

«Qafgaz Riverside»

 “Qafgaz Riverside Hotel” Qəbələ rayonunda, Dəmiraparan çayının sahilində, 20250 m² ərazidə yerləşmişdir, burada başı qarlı dağların və gözqamaşdıran zümrüd rəngli meşələrin heyrətamiz mənzərəsi sizi valeh edəcəkdir. Bakı şəhərinin mərkəzindən bura qədər məsafə 220 km-dir. Mehmanxana 123 nömrəsi olan 1 binadan və üç tipli – bir, iki və üç yataq otağı olan 38 kotecdən ibarətdir. 

«Yeddi gozel»

 “Yeddi gözəl” istirahət zonası Qəbələ rayonunun səfalı yerlərindən birindədir. Onu hər tərəfdən təbiətin möhtəşəmliyi, şəlalələr, meşə əhatə edir. İstirahət zonasının ərazisindəki kompleks əla təchiz olunmuşdur: rahat nömrələr, idman meydançaları, böyük açıq hovuz, oyun meydançası

Oğuz

Oğuzda tövsiyə otellər:

«Afra»

 “Afra” oteli “Azərbaycanın İsveçrəsi” adlandırılan Oğuz rayonunda yerləşir. İdeal yerləşməsi və gözəl dağ iqlimi silinməz təəssüratlar və ən yaxşı rahatlığı yaradır. “AFRA”da olan 31 otaq və 4 kotec eyni zamanda 100 qonağı yerləşdirə bilər. Qonaqların tam mənada istirahətinə xüsusi diqqət yetirilir. Oteldə hovuz, trenajor zalı, idman meydançası, uşaq oyun meydançası, kafe və restoran, diskoteka fəaliyyət göstərir. Aktiv istirahəti sevənlər üçün otel tərəfindən Oğuzun memarlıq və təbiət abidələrinə və qonşuluqdakı şəhər və  kəndlərə - Qəbələyə, Şəkiyə, Nicə və b. ekskursiyalar təşkil olunur. 

 

Şəki

Şəkidə tövsiyə olunan otellər:

«Sheki Saray»

 “Şəki Saray” – lüks dərəcəlli otel Şəki şəhərinə gəlmiş qonaqlara yaxşı istirahət üçün zəruri şəraiti təklif edir. Oteldə 34 nömrə var. Otelin restoranlarında qonaqların seçiminə yerli xörəklərin daxil edildiyi menyu təklif olunur. Oteldə banketlərin və konfransların keçirilməsi üçün imkanlar var. 

«Aşağı Karvansaray»

 “Aşağı Karvansaray” oteli. Bizim günlərə qədər Şəkidə iki möhtəşəm karvansaray qorunub saxlanmışdır, onlar ənənəvi olaraq Yuxarı və Aşağı adlanır. Bu karvansarayların tikilməsi, böyük ehtimalla, XVIII-XIX əsrlərə aiddir. Aşağı tikili düzbucaqlı formasındadır, daha mürəkkəb relyefdə yerləşmiş yuxarı tikili isə trapesiya formasındadır. Düzbucaqlı karvansarayın 55х85 m ölçüdə böyük həyəti var; onun mərkəzində hovuz var. Binanın dörd küncündən həyətə dörd çıxış var, birinci mərtəbədə ticarət piştaxtaları və anbarlar var, ikinci mərtəbə isə yaşayış üçün nəzərdə tutulmuşdur; burada otaqlar kirayəyə verilirdi. Hər bir “mehmanxana nömrəsində”, onu aşağıdakı mərtəbə ilə birbaşa birləşdirən keçid var. Bu, gecə-gündüz öz mallarının qorunmasına nəzarət etmək istəyən tacirlər üçün çox əlverişli idi. Bu gün burada orijinal ekzotik otel qonaqları qəbul edir, onun şərq üslublu servisi və zəngin mətbəxi turistləri çox cəlb edir. Bu mehmanxana kompleksi eyni zamanda 75 qonağı qəbul edə bilər. Burada 38 nömrə var, onlardan 8-i ikimərtəbəli “lüks” nömrələrdir, əyləncə mərkəzi, diskoteka, konfrans zalı, kafe, qış və yay restoranları var. Buradan ekskursiyalar və gəzintilər etmək olar. 

«Kungut»

 “Kungut” istirahət evi Şəki rayonunun şimal-şərqində, Şəki şəhərindən 24 km məsafədə, Böyük Qafqazın səfalı dağətəyində, dəniz səviyyəsindən 1100 m yüksəklikdə yerləşir. İstirahət zonasında 10 nömrə və restoran var. Yolsuzluq şəraitində safari və yaxın ərazilərə atla gəzintilər təşkil olunur.

 

 

 

Qax

Qaxda tövsiyə olunan otellər: 

«Uludağ»

 “Uludağ” İlisu turist kompleksi dağın döşündə yerləşmişdir və Qax rayonunun İlisu kəndinin 4 ha ərazisini əhatə edir. Turist kompleksi 150 nəfərlikdir, burada bütün il ərzində turistik xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Kompleksə kompleks binası, 6 iki mərtəbəli və 2 bir mərtəbəli kotec daxildir. Mərkəzi kompleksdə ofis, 150 nəfərlik kafe, diskoteka, İnternet maqazin və s. yerləşmişdir. İki mərtəbəli binalarda turistlərin istirahəti üçün lüks və yarımlüks səviyyədə bütün şərait yaradılmışdır. Bir mərtəbəli koteclər ailəvi istirahət etmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Əlavə mətbəxin olması ailəvi turizm üçün bütün şəraiti yaradır. Həmçinin, yüksək dağlarda olan gölə 2-3 günlük atla gəzintilər təşkil olunur. Burada, həmçinin, çoxsaylı şəlalələr var. Kompleksdə siz müalicəvi isti vannalar qəbul edə bilərsiniz. 

«Yashil Park»

 “Yaşıl Park” istirahət zonasının yerləşməsi səfalı Qax rayonunun gözəl landşaftına uğurla uyğunlaşdırılmışdır. İstirahət zonasının ərazisində istirahət edənlərin xidmətinə 21 kotec verilir. Həmçinin, üzgüçülük hovuzu, sauna, idman və uşaq meydançaları var. 

 

 

 

Zaqatala

Zaqatalada tövsiyə olunan otellər:

«Zaqatala Olimpiya kompleksi»

 “Zaqatala Olimpiya Kompleksi” dəniz səviyyəsindən 560 metr yüksəklikdə yerləşmişdir və müxtəlif yarışların keçirilməsi ilə yanaşı, 70 nəfəri yerləşdirmək qabiliyyətinə malikdir. Ərazidə 4 nəfərlik 2 mərtəbəli koteclər var. Xoş vaxt keçirməklə yanaşı, qonaqlar idman kompleksinin müxtəlif xidmətlərindən də istifadə edə bilərlər.  

«Qafqaz»

 “Qafqaz” oteli Zaqatala şəhərinin mərkəzində yerləşir. 40 komfortabelli mehmanxana nömrəsi qonaqların xidmətinə təqdim olunmuşdur. Həmçinin, qonaqlar öz vaxtlarını Böyük Qafqaz dağlarına açılan mənzərəsi olan restoranda da keçirə bilərlər, burada milli və Avropa mətbəxindən xörəklər təklif olunur.