Korporativ Əməkdaşlıq

Turizm xidmətlərinin göstərilməsi haqqında

Müqavilə

Bakı şəhəri, «____»____________2017 cı il

bundan sonra «Turagent» adlandırılacaq, Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Educational Consulting Travel” MMC direktoru Sima Nəriman qızı Vəliyeva şəxsində, və gələcəkdə “TURİST” adlanacaq ________________________________ ______________________ şəxsində, birlikdə Tərəflər, ayrılıqda isə Tərəf adlandırılaraq, aşağıdakılar barədə hazırki Müqaviləni (bundan sonra «Müqavilə» adlanacaq) bağladılar:

1. Müqavilənin PREDMETİ
Bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən Turagent Turistin sifarişinə uyğun kompleks turizm xidmətlərini təqdim etməyi, Turist isə göstərilən xidmətlərin dəyərini Turagentə ödəməyi öhdələrinə götürürlər.
Turagent Turistə xidmət (xidmətlərin bir qisminin) göstərilməsi üzrə öhdəliyi Turistin yerləşdirilməsi və yaşayışı üzrə bilavasitə xidmətlər təqdim edən digər tərəfə (sonra mətndə - Qəbul edən tərəf) həvalə etmək hüququna malikdir.
Bu Müqavilə üzrə təqdim edilən turizm xidmətlərinə aşağıdakı xidmətlər daxildir:

“TURİST”lərin sayı Böyüklər
Uşaqlar
Səyahət marşrutu
Səyahət Müddəti
Nəqliyyat Xidməti

Transfer
Otel
Nömrənin Növü
Qida
Ekskursiya
Sığorta
Viza
Əlavə Xidmətlər

2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1. “TURİST”in hüquqları:
- Müvəqqəti yaşayış ölkəsinə giriş qaydaları haqqında “TURAGENT”dən lazımı və doğru məlumat almaq;
- Müqavilə üzrə üzərinə göturduyu öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi “TURAGENT”dən tələb edir.

2.2 “TURİST”in vəzifələri:
- “TURAGENT”ə, səyahət üçün lazım olan sənədləri təqdim etməyi;
- getmə məntəqəsinə vaxtında gəlməyi;.
-turizm xidmətlərinin dəyərini 3 bank günü müddətində tam həcmdə ödəməyi.
-turizm xidmətlərinin təşkili və həyata keçirilməsi üçün tələb olunan bütün sənədlərin Turizm agentinin müəyyən etdiyi müddətdə təqdim edilməsi.
-bütün texniki təhlükəsizlik qaydalarına, o cümlədən yanğından mühafizə qaydalarına, ümumi zəruri tələblərə, şəxsi təhlükəsizliyin və ətraf şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün qoruyucu və ehtiyat tədbirlərə riayət olunması.
-ətraf təbii mühitin və mədəni irsin mühafizəsi üzrə bütün tələblərə riayət olunması, ətraf və sosial-mədəni mühitə mənfi təsirin minimallaşdırılması və/və ya dayandırılması üzrə bütün mümkün tədbirlərin görülməsi, yerləşdiyi məkanda daxili intizam qaydalarına riayət olunması.
- ətraf və sosial-mədəni mühitə ziyan vurulduğu halda zərərin əvəzinin tam həcmdə Turizm agentinə və ya Qəbul edən tərəfə ödənilməsi.
2.3 “TURAGENT”in hüquqları:
- lazım olduğu təqdirdə Müqavilədə göstərilən xidmətləri başqa eyni dərəcəli və ya üstün dərəcəli xidmətlərlə əvəz etmək;
-turistin vurduğu ziyanın əvəzinin ödənilməsini tələb etmək;
-gözlənilməz situasiyaların təsiri səbəbindən marşrut üzrə hərəkət qrafikini və ekskursiya-mədəni tədbirlərin ardıcıllığını dəyişmək;
-“Turizm haqqında” Qanunu rəhbər tutaraq, şəraitdə obyektiv dəyişikliklər baş verdikdə turizm xidmətlərinin ilkin razılaşdırılmış dəyərini yüksəltmək.

2.4 “TURAGENT”in vəzifələri:
- Azərbaycan Respublikasının qanunlarına və Müqaviləyə əsasən turizm xidmətini təşkil etməyi;
- Səyahət üçün lazım olan sənədlərin hazirlanmasında köməklik göstərməyi öhdəsinə götürür.

3. TURİZM XİDMƏTLƏRİNİN DƏYƏRİ VƏ TƏRƏFLƏRİN CAVABDEHLİYİ

3.1.Hazırkı Müqaviləyə əsasən göstərilən turizm xidmətlərinin dəyəri___________________________ təşkil edir.
3.2. Hazırkı Müqavilənin şərtlərinə əsasən vəsaitin manatla qəbul edilməsi, Turoperatorun Agenti tərəfindən ABŞ dollarının mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinin üzərinə  əməliyyat xərcləri də əlavə olunmaqla hesablanmış kursla həyata keçiriləcək.
3.3. Şəraitin əsaslı dəyişməsi ilə əlaqədar olaraq “TURAGENT” Müqaviləyə dəyişiklik etmək hüququna malikdir və ya “TURİST” Müqaviləni pozmaq və “TURAGENT”in çəkdiyi faktiki xərcləri çıxmaqla, ödənilmiş məbləği geri tələb etmək hüququna malikdir. Şəraitin əsaslı dəyişməsinə aşağıdakılar aiddir:
3.3.1. Müqavilədə də göstərilən səyahət şəraitinin pisləşməsi;
3.3.2. səyahətin müddətlərinin dəyişməsi, bu zaman tərəflər razılığa gəlirlər ki, müddətin dəyişməsini onlar gedişin başlanma və ya qurtarma vaxtının 24 saatdan çox dəyişməsi kimi başa düşürlər;
3.3.3.səyahətin baş tutması üçün müqavilədə göstərilmiş qrupda turistlərin minimal sayının natamamlığı
3.3.4. nəqliyyat xərclərinin əvvəlcədən gözlənilməmiş artımı;
3.3.5. tərəflər razılığa gəlirlər ki, səyahət şəraitinin pisləşməsini onlar belə başa düşürlər:
3.3.5.1. otelin daha aşağı kateqoriyalı otellə əvəz edilməsi;
3.3.5.2. əvvəlcədən sifariş edilmiş qidalanmanın pisləşməsi;
3.3.5.3. aviauçuş növünün (klasın) daha ucuz növlə (klasla) dəyişməsi;
3.4. “TURİST”in əvvəlcədən saxlanılmış turizm məhsulundan və ya turizm xidmətindən Müqavilənin 3.3-cü bəndində müəyyən edilməyən səbəblərdən imtinası zamanı, “TURİST” “TURAGENT”ə bu rədd ilə bağlı faktiki məsrəflərini kompensasiya edir və “TURAGENT”ə cərimə şəklində dəbbə pulu ödəyir ki, bunun da məbləği cərimə tutulmasına gətirib çıxaran vəziyyətin başlanması vaxtından asılıdır və aşağıdakılardan ibarətdir:
3.4.1. Ekonom sinif üzrə alınmış turun başlanmasına 15 gündən çox qaldıqda “TURİST” “TURAGENT”ə yalnız aviabiletlərin qaytarılmasına görə adambaşı 75 USD, otelin ləğvinə görə qarşılayan tərəfin və ya otel rezervasiyasını təmin edən digər tərəfin tədbiq etdiyi qaydada, turda hər bir dəyişikliyə və digər xidmətlərin ləğvinə görə isə 15 USD cərimə ödəyir.
3.4.2. Ekonom sinif üzrə alınmış turun başlanmasına 15 gündən az və 7 gündən çox qaldıqda, “TURİST” “TURAGENT” ləğv edilməyə görə turun və ya turizm məhsulunun dəyərinin 25%-i , hər bir dəyişikliyə görə adambaşı 15 USD, CHILD (2-12 yaş arası) statuslu turistlər də daxil olmaqla, cərimə ödəyir;
3.4.3 Ekonom sinif üzrə alınmış turun başlanmasına 7 gündən az və 3 gündən çox qaldıqda, “TURİST” “TURAGENT”ə ləğv edilməyə görə turun və ya turizm məhsulunun dəyərinin 50%-i , ad dəyişməyə görə adam başı 50 USD, CHILD (2-12 yaş arası) statuslu turistlər də daxil olmaqla, tarix dəyişməyə görə adam başı 75 USD, CHILD (2-12 yaş arası) statuslu turistlərdə daxil olmaqla, otel dəyişməyə görə turun və ya turizm məhsulunun dəyərinin 30%-i, başqa dəyişikliklərə görə 15 USD cərimə ödəyir.
3.4.4. Ekonom sinif üzrə alınmış turun başlanmasına 3 gündən az qaldıqda, “TURİST” “TURAGENT”ə ləğv edilməyə görə turun və ya turizm məhsulunun dəyərinin 100%-i , ad dəyişməyə görə adambaşı 100 USD, CHILD (2-12 yaş arası) statuslu turistlər də daxil olmaqla, tarix dəyişməyə görə turun və ya turizm məhsulunun dəyərinin 50%-i, otel dəyişməyə görə turun və ya turizm məhsulunun dəyərinin 50%-i, başqa dəyişikliklərə görə 15 USD cərimə ödəyir.
3.4.5 Biznes sinif üzrə alınmış turun başlanmasına 7 gündən çox qalmış aviabiletin qaytarılması üçün heç bir cərimə tədbiq olunmur, otelin ləğvinə görə qarşılayan tərəfin və ya otel rezervasiyasını təmin edən digər tərəfin tədbiq etdiyi qaydada cərimə ödəyir, ad dəyişməyə icazə verilmir, tarix dəyişməyə görə heç bir cərimə tədbiq olunmur, otel dəyişməyə görə oteldə bütün gecələmə dəyərinin 20%-i, başqa dəyişikliklərə görə 10 USD “TURİST” “TURAGENT”ə cərimə ödəyir.
3.4.6 Biznes sinif üzrə alınmış turun başlanmasına 7 gündən az 3 gündən çox qalmış, “TURİST” “TURAGENT”ə aviabiletin qaytarılması üçün 135 USD cərimə, otelin ləğvinə görə qarşılayan tərəfin və ya otel rezervasiyasını təmin edən digər tərəfin tədbiq etdiyi qaydada cərimə ödəyir, ad dəyişməyə icazə verilmir, tarix dəyişməyə görə heç bir cərimə tədbiq olunmur, otel dəyişməyə görə oteldə bütün gecələmə dəyərinin 30%-i, başqa dəyişikliklərə görə 10 USD cərimə ödəyir.
3.4.7 Biznes sinif üzrə alınmış turun başlanmasına 3 gündən az qalmış aviabiletin qaytarılması üçün aviabilet dəyərindən 100% cərimə tədbiq olunur, otelin ləğvinə görə qarşılayan tərəfin və ya otel rezervasiyasını təmin edən digər tərəfin tədbiq etdiyi qaydada cərimə ödəyir, ad dəyişməyə icazə verilmir, tarix dəyişməyə görə adam başı 75 USD, otel dəyişməyə görə oteldə bütün gecələmə dəyərinin 50%, başqa dəyişikliklərə görə 15 USD “TURİST” “TURAGENT”ə cərimə ödəyir.
3.4.8. Əgər konkret istiqamətdə tətbiq olunan cərimə sanksiyaları fərqli olarsa Turistə tətbiq edilən cərimə sanksiyaları hazırkı müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavə şəklində rəsmiləşdiriləcək.
3.4.9. Uçuş günü ləğv edilmə və ya dəyişiklik qəbul edilmir. Uçuşdan sonra ləğv etmə və ya dəyişmə sorğusuna həmin an mövcud olan vəziyyətdən asılı olaraq “TURAGENT” tərəfindən baxıla bilər .
3.4.10. Əgər qarşılayan tərəfin təşəbbüsü ilə yuxarıda qeyd edilən şərtlərdə dəyişikliklər edilərsə, bu barədə “TURAGENT” “TURİST”ə hazırki Müqavilənin imzalanmasından öncə xəbərdarlıq edir.
3.4.11 Aksiyalar üzrə alınan aviabiletlər, turlar və digər xidmətlər və ya turizm məhsulları dəyişdirilə və qaytarıla bilməz.
3.5. “TURAGENT” xarici pasportun etibarsız olmasına, səfirlik tərəfindən vizanın verilməməsinə, “TURİST”in gömrük və sərhəd nəzarətindən keçə bilməməsinə görə “TURİST” qarşısında məsuliyyət daşımır.
3.6. Tura daşıyıcıların, sığorta şirkətlərinin və digər 3-cü şəxslərin və ya tərəflərin xidmətləri daxil olduğu halda, “TURAGENT” yalnız əsasında xidmətlər göstərilən sənədlərin düzgün rəsmiləşdirilməsinə cavabdehdir. “TURİST”ə göstərilən xidmətlərin təqdim edilməsi ilə bağlı sonrakı münasibətlər “TURAGENT”in iştirakı olmadan həyata keçirilir.
3.7. “TURAGENT” onun səlahiyyətinə daxil olmayan pozuntu və hərəkətlərə görə məsuliyyət daşımır.
3.8. “TURAGENT” aşağıdakı bəndlər üzrə məsuliyyət daşımır:
a) Azərbaycan və xarici dövlətlərin ərazisində fəaliyyət göstərən gömrük, emiqrasiya, sərhəd və digər xidmətlər tərəfindən turistin günahı üzündən səfərdən çıxarılması.
b) Turistin yükünü yükdaşiyanın məsuliyyəti altında olduğu dövrdə və yükün yükdaşınmasında olmadığı dövrdə.
c) Səyahətin qiymətinin nəqliyyat vasitələrinin yol qiymətlərinin yüksəlməsi ilə əlaqədar qalxdığı zaman.
d) Turist səyahətə gecikdiyi zaman tam maddi məsuliyyət daşıyır.
3.9. Viza tələb olunan istiqamətlərdə, viza həmin ölkənin müəyyən olunmuş qayda və qanunvericiliyi əsasında Azərbaycan Respublikası ərazisində və ya təmsilçi ölkənin ərazisindəki səfirlik, konsulluq və ya istiqamət olan ölkənin miqrassiya orqanında rəsmiləşdirilir. “TURİST” tərəfindən viza qayda və/və ya qanun pozuntusu və bu kimi digər hallar baş verdikdə Azərbaycan Respublikasının və/və ya viza alınan ölkənin müəyyən qanunvericiliyi əsasında həll olunur. Viza üçün alınan rüsum heç bir halda geri ödənilmir.
4. İddiaların irəli sürülməsi və mübahisələrin həlli qaydası
41. Turistin təqdim edilən turizm xidmətlərinə dair iddiası meydana çıxdıqda bütün mübahisə və fikir ayrılıqlarını Qəbul edən tərəfin səlahiyyətli nümayəndəsi ilə həll etməlidir. Meydana çıxan fikir ayrılıqlarının yerində həll edilərək aradan qaldırılması qeyri-mümkün olduqda, Qəbul edən tərəfin nümayəndəsi tərəfindən iddia irəli sürən Turistlə birlikdə protokol tərtib edilərək, Turistin iddiasının xarakteri ətraflı təsvir edilir və onların aradan qaldırılması üzrə görülən tədbirlər göstərilir. Qeyd olunan protokol iki nüsxədə tərtib olunur və həm Turist, həm də Qəbul edən tərəfin nümayəndəsi tərəfindən imzalanmalıdır.
4.2. Turist ona təqdim edilən alternativ xidmətdən istifadə etdiyi halda iddia əsassız, Müqavilə üzrə xidmətlər isə lazımi qaydada təqdim edilmiş hesab edilir.
4.3. Qəbul edən tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən müvafiq sənədlərlə təsdiq edilməyən və Turist tərəfindən birtərəfli qaydada rəsmiləşdirilən iddialar əsassız hesab edilir.
4.4. Turist səfərdən qayıtdıqdan sonra 14 gündən gec olmayan müddətdə Turizm agentinə iddiasını və sənədləri təqdim edə bilər. Turizm agenti Turistdən qəbul etdiyi iddianı və sənədləri onları aldığı andan 30 gün müddətində nəzərdən keçirir.
4.5. Tərəflər arasında danışıqlar yolu ilə və ya iddia qaydasında tənzimlənməyən bütün mübahisələr və fikir ayrılıqları qüvvədə olan qanunvericiliyə müvafiq qaydada həll edilir.

5. Fors-major
 5.1.Aşağıda sadalanan fors-major hallar meydana çıxdığı təqdirdə Tərəflər bu Müqavilə üzrə öhdəliklərdən azad edilirlər və bir-birlərinin qarşısında məsuliyyət daşımırlar:
а) epidemiya, sel, zəlzələ, sürüşmə, sunami və digər təbii fəlakətlər;
b) yanğın, partlayış, nəqliyyat vasitələrinin zədələnməsi və ya sıradan çıxması;
c) bu Müqavilə nin şərtlərinin yerinə yetirilməsinə bilavasitə təsir göstərən tətil, sabotaj, lokaut və digər gözlənilməz situasiyalar;
ç) elan olunmuş və ya elan olunmamış müharibə, üsyan, kütləvi iğtişaşlar;
d) dövlət hakimiyyəti orqanlarının, idarələrin və ya onların struktur bölmələrinin qanuni və ya qanunsuz hərəkətləri;
е) qazanxanalarda, su təchizatı stansiyalarında, elektrik stansiyalarında qəzalar və s.
6. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
6.1. Müqavilə imzalandığı tarixdən səyahətin bitməsi tarixinə kimi quvvədədir.
6.2. Bu Müqavilə iki nüsxədə tərtib olunub və eyni hüquqi gücə malikdir.
6.3. Müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir.

7. TƏRƏFLƏRİN ÜNVANI VƏ REKVİZİTLƏRİ


7.1. “TURAGENT”
“Educational Consulting Travel” MMC
Bakı, Nəsimi rayonu, Nizami 102, mən. 9.


Direktor:

İmza:____________________
7.2. “TURİST”

Adı Soyadı :


pasport :

İmza:_____________________

 


14589721 539193826274457 2368897559503983409 o

Türk Hava Yolları ilə İstanbula vergilər daxil 119 avrodan başlayan qiymətlərlə səyahət edə bilərsiz. 
Buna əlavə olaraq Türk Hava Yolları, Türkiyədən Azərbaycana gələn turist sayısının artırılması məqsədi ilə İstanbul çıxışlı biletlər üçün də endirim kampaniyasını tətbiq etməyə başlamışdır.

Gəncə-İstanbul-Gəncə 227 AZN
Naxçıvan-İstanbul-Naxçıvan 226 AZN
Bakı-İstanbul-Bakı 281 AZN
İstanbul-Gəncə-İstanbul 186 AZN
İstanbul-Naxçıvan-İstanbul 186 AZN
İstanbul-Bakı-İstanbul 251 AZN

Şərtlər:
Satış Müddəti: 16 Oktyabr 2016 tarixinədək
Səyahət Müddəti: 19 Oktyabr 2016 – 31 Mart 20176
Ödənişsiz baqaj haqqı: 30 kq.
Qeyd: Biletlər, səyahətin başlanğıc günündən 20 gün əvvəl alınmalıdır.

Sifariş üçün indi zəng edin:
Tel.: (012) 498 24 45
Mob.: (055) 255 24 45 (WhatsApp) Zəng et bron et)))

 

 

13174091 1625971531060788 7698379353187941412 n

Mektebli Turlari (0777552445) Azərbaycanın Qoruq ve Muzeyləri-Travelling to Azerbaijan
Hormətli Muellimlerimiz,Turistlərimiz,Mektebliler ve herkes..Tətilinizi (istirahətinizi) bizimlə birlikdə turlarımızda yadda qalan edək.....bezi turlarimizin Deniz kenarinda cay sufresile teskili
✔ Piknik Turları 17AZN-dən (Quba-Şamaxı-Ismayıllı)
✔ Şamaxı Rəssədxana turu(1GÜNLÜK-19AZN) 1gecə qalmaqla hərşey daxil 50AZN/68AZN (Siz burada Pirqulu meşəliyində həm istirahət(əylənəcək),həmdə ulduzları-ayı-planetləri və.s seyr edə bilərsiniz) (Qobustan Mərəzə Diri baba turbəsi və Şamaxı Cümə Məscidi,Şamaxı Diyarşunaslıq muzeylərinə ekskursiyalar)
✔ Qobustan Turu - 11 Azn 
✔ İNTERAKTİV QATIQ (Ağartı məhsullar)Turu 25AZN
✔ Suraxanı Atəşgah Məbədi - 11 Azn
✔ Suraxanı Atəşgah-Qala Etnoqrafiya-15Azn(interaktivlə 20AZN-dir)
✔ Mərdəkan Dendra Park və Mərdəkan qalası- 11 Azn
✔ Qala Etnoqrafiya - 12 Azn
✔ Bakı şəhər və IçəriŞəhər Turu - 10AZN
✔ Bəhrə Biskvit və ya Ulduz Şokalad Fabriki - 12 Azn
✔ Azərcosmos-a Səyahət turu 11AZN
✔ İNTERAKTİV BALDADMA TURU - 25AZN (25AZN səhər yeməyilə)
✔ Qala Etnoqrafiya muzeyi + MC DONALDS Ekskursiyası – 20AZN
✔ Binə Atçılıq mərkəzi – 15AZN
✔ Ş o k a l a d Muzeyi yalnız ekskursiya 10AZN 
-(Əgər şokaladdan müxtəlif fiqurlar hazirlamaq istəsələr,qiymət 22AZN olacaq).
✔ Milli Qəhrəmanlarımızın evi və məzarına ziyarətlərin teskili
✔ İstədiyiniz muzeylərə ekskursiyalar.....
***QEYD: 1) Yuxarida Göstərilən qiymətlərə valideyn üçün Muzeylərə giriş bileti daxil deyil!!!
2) Yuxarıda göstərilən qiymətlər minimal 18-20 nəfərdən az olmamaq şərti ilə mümkündür. Say az olduqda qiymət dəyişir (artır)...
3) Təşkilatçının Turlarda iştirakı ödənişsizdir.

***Qiymətə Daxildir:
- Nəqliyyat Xidməti (komfortlu)
- Qəlyanaltı (şirniyyat-sok) (istəyə görə Naharda təşkil oluna bilər)
- Muzeylərə Giriş bileti
- Bələdçi xidməti (rus-azəri-ingilis)
- Fotosessiya (şəkillər çəkilib diskdə sizə ödənişsiz təqdim olunacaq)
- İntellektual və Əyləncəli oyunlar , qaliblərimizə hədiyyələr...
Saya uyğun olaraq qiymətdə endirim mümkündür!!!
***QEYD: Yuxarıda göstərilən qiymətlər razılaşma yolu ilə dəyişə bilər

Hörmətli turistlərimiz sizlərdə bizim Ölkədaxili turlarımızın iştirakçısı olmaq istəyirsinizsə,həftəsonları planlaşdırılan turlarımızla tanış olun
✔ hər həftəsonu Quba-Qusar-Laza 25AZN
✔ hər həftəsonu İsmayilli-Lahıc- 23AZN
✔ hər həftəsonu Oguz Xal-Xal-Qəbələ 25AZN
✔ hər həftəsonu Masall - Yardımlı welalesi 23AZN
✔ hər həftəsonu- Qəbələ-Şəki - 25AZN
✔ hər həftəsonu İnteraktiv BALDADMA-25AZN
✔ 20-21 may və hər həftəsonu QAX-ŞƏKİ-QƏBƏLƏ-75AZN
✔ Hər Həftə Qobustan Qayaustu Rəsmlər Muzeyi-15AZN
✔ Hər Həftə Suraxanı Atəşgah və Qala Qoruğu Turu - 16AZN
✔Gəncə-Göy-göl(Togana-Hacikend) turu
Tarixlər: May: 21-22 MAY (99AZN)
--------------------------
Toplaşma yeri 28May metrosunun qarşısı
Toplaşma 06:30-Çıxış 07:00-Dönüş 22:00
--------------------------
► Qeyd:Yuxaridakı qiymətlər saya uyğun olaraq dəyişdirilə bilər
► Qeyd1: 5 yaşa qədər uşaqlara pulsuz. 5 yaşdan yuxarı tam ödəniş.Gecə qalmaq turlarında 0-3 yaş uşaqlar PULSUZ ; 4-8yaş uşaqlar isə 10% endirimli olacaq.(10% endirimlə Uşaqlara nəqliyyatda oturmağa yer və otaqda əlavə yataq təqdim olunmaqla mümkündür)
► Qeyd2:10+1 kompaniyası.10 nəfərlə gəl 1 nəfər pulsuz əldə et!!!
► Qeyd3: Qiymətlərə daxil deyil: Muzeylərə giriş biletləri,Yemək zamanı menyudan kənar sifarişlər və sonuncu günün Nahar yeməyi,
► Qeyd4:Tur Zamanı Spirtli İçki Qəbul Etmək QƏTİ ADAĞANDIR
Əlavə məlumat və qeydiyyatdan keçmək üçün
E&C Travel MMC-Xəqani 123
Tel:(+994 12) 4982445:*(+994 12) 5552445
Mob:(+99455)6541059
Whatsapp:(+99477)7552445
Em@il: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Skype-veli veliyev
Website: www.ectravel.az

13043373 478925848967922 5329671292268423669 n

Nəhayət Gözlənilən İnteraktiv BALDADMA Turumuza Start verdik!!!
8 may və hər həftəsonu olmaqla,turun Qiyməti: 25AZN - səhər yeməyi ilə 35AZN - səhər və nahar yeməyi daxil 
Turun Proqramı: 
06:30-07:00 28May m-st 28molun qarşısında toplanış 
07:00-09:00 Bakı – Biləsuvar istiqamətinə hərəkət,Yolüstü 10 dəqiqəlik fasilə 
09:00-10:00 Salyanda səhər yeməyi (Yağ-bal-pendir-yumurta) (Siz burada katamarandan və lotkadan-qayıqdan istifadə edə biləcəksiniz,hətta balıq tutmaq imkanıda yaradılacaq)
11:15-14:30 Biləsuvar-ın Aman kəndində interaktiv xüsusi geyimlərlə Balın alınması üsullarını izləmək və atla gəzinti...
Arılar gün ərzində çiçəklərdən nektarı toplayır və onu pətəkdə yerləşdirirlər. Elə bu zaman pətəkdəki digər arılar bu nektarı götürür və onun daxilindəki mürəkkəb şəkərləri sadə şəkərlərə yəni qlükoza və fruktozaya parçalayır. Bu proses əsnasında arılar bala öz fermentlərini də əlavə edirlər. Çiçəklərdən gələn nektarın tərkibindəki suyun miqdarı çox olduğundan digər arılar onun tərkibindəki suyu qurudurlar. Arı yeşiyində baş verən bu prosesə balın YETİŞMƏSİ deyilir. Yalnız emal tam başa çatdıqdan sonra yəni balın tərkibindəki su 21 % aşağı salındıqdan sonra bal pətəklərdə möhürlənir.Yəni Bal YETİŞİR.Arılar nektarı Sarı çiçəkdən, Qara yoncadan (klever), Qara tikan(держи-дерево), Akasiya, Yemişan (Bayarışnik), zəncirotu (Одуванчик), yulğun (Гребенщик ,тамариск) Qanqal (чертополох) və digər güllər. Alman elm adamı Albert Enşteyn, “Əgər arılar yer üzündə yoxa çıxarsa insanın sadəcə 4 il ömrü qalar. Arı olmazsa döllənmə, bitgi, heyvan, insan olmaz” demişdi.
14:30-15:30 Nahar yeməyi
16:15-18:15 Baş Mil-Muğam Kollektorunda Balıq tutma imkanı
19:00-21:30 Salyan - Bakı istiqamətinə hərəkət 
21:00-21:30 Bakıya çatmaq

Baldadma turunda əməl olunması-vacib olan təhlükəsizlik qaydaları
Xüsusi geyimlərin yalnız 6nəfər üçün təmin olunacaq 
(çox geyim təşkil oluna bilərdi-ancaq səbəb arıların rahatlığına görə az nəfər planlaşdırılır)
Turislərimizdən xahiş olunur Uzun və geniş şalvarın geynilməsinə riayət olunsun və əlavə corab götürülsün
Arıların Ətir iyinə həssaslığına görə ətirdən minimum istifadə
Cəld hərəkət etmək olmaz
İcazəsiz heç bir əşyaya toxunmaq olmaz
Allergiyalı insanların turumuzda iştirakı məsləhət görülmür.İstəsə məsuliyyətin öz üzərində olması ilə iştirak edə bilər.Təhlükəsizlik təlimatına riayət etməsi mütləqdir
QEYD:İlkin tibbi yardım göstərilir.
Arısancmanın əlamətləri:Qaşınma, şişmə, arı sancan yerdən fərqli yerdə şişmə, ürəkbulanma,Nəfəs çatışmamazlığı. Bu hallar baş verdikdə, dərhal qrup rəhbərinə məlumat verməli..ve Siz burada əsl balın necə əmələ gəldiyini və təbii olaraq prosesin necə baş verdiyini görə bilərsiniz. Həmçinin siz həmin balı 1 kg 20 Azn-ə əldə edə bilərsiniz.
Turumuzda i$tirak etmek ve temiz bal Sifaris etmek ucun elaqe saxlayin:0777552445;;;0556541059

 Qiymət   |   Ödəniş   |   Servis 

-------------------------------------

 

- Aviabilet (bütün istiqamətlərə)

- Xarici turlar (istənilən ölkələrə)

- Otel rezervasiyası (Azərbaycan və dünya)

- Ölkədaxili turlar (Azərbaycan rayonları)

- MICE (Meetings, Incentives, Conferences, Events)

- Viza dəstəyi

- Turistik sığorta

- Avtomobil sığorta

- Transfer (hava limanı - otel - hava limanı)

- VIP qarşılanma və yola salınma