Transfer

12983888 473195202874320 4500288338715074517 o

Siz artıq aviabileti əldə etmisiniz və oteldə otaq sifariş etmişiniz, indi isə belə bir sual yaranır ki, hava limanından otelə tez və rahat necə çatmaq olar? Əlbəttə, taksi xidmətlərindən istifadə edə bilərsiniz, lakin bu zaman xatırlamaq lazımdır ki, taksi sürücüləri hər zaman turistlərdən mümkün qədər çox qazanmağa çalışırlar, xüsusilə turist ölkəyə ilk dəfə gəlirsə. Bundan başqa bu təhlükəli ola bilər. Bir çox taksi sürücüsünün lisenziyası yoxdur və onlar rəsmi taksi xidmətlərində çalışmır. Buna görə turizm agentliyində transferin sifarişi ən düzgün çıxış yoludur. Bu taksidən daha ucuz və daha təhlükəsizdir. Nəqliyyat xidmətləri hər zaman öz avtoparkında yalnız yeni avtomobillər saxlayır və həmçinin siz nəzakətli və diqqətli sürücülər tərəfindən qarşılanacaqsınız.

SilkWay Travel şirkəti məmnuniyyətlə Sizə həm hava limanından, həm də dəmiryol vağzallarından otelə kimi daşıma xidmətlərini təklif edir. Getdiyiniz istənilən şəhərdə SilkWay Travel sizin üçün rahat və etibarlı transfer təşkil edə biləcək. Şirkətimiz sizə istənilən kateqoriyalı nəqliyyat vasitələri – daha qənaətli avtomobillərdən lyuks avtomobillərə, böyük ailə üçün mikroavtobuslardan böyük avtobuslara kimi təkli edəcək.

Azərbaycana gələn qonaqlar üçün isə SilkWay Travel şirkəti məmnuniyyətlə hava limanından Bakının istənilən otelinə və ölkənin regionlarına transferlər təşkil edir.